"Maska" filmindəki rolu ilə tanınan ABŞ-li aktyor Piter Qrinin ölüm səbəbi bəlli olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, məşhur sənətçi çiynindən aldığı güllə yarasından dünyasını dəyişib.
Xəbərə görə, bununla bağlı Nyu-York Şəhər Tibbi Ekspertiza Ofisi rəsmi məlumat yayıb.
Xatırladaq ki, aktyor ötən ilin dekabrında Nyu-Yorkdakı mənzilində ölü tapılmışdı.