Boşandıqdan 20 gün sonra türkiyəli aktrisa Merve Çağıranla eşq yaşadığını elan edən tanınmış aktyor İsmayıl Hacıoğlu onu qınayanlara cavab verib.
Oxu.Az xəbər verir ki, məşhur aktyor “Instagram” hesabının hekayə bölməsində bununla bağlı paylaşım edib:
“...Münasibətlər bir gündə bitmir. Pandemiya səbəbindən gecikdirdiyimiz boşanma müddətində yaşadıqlarımız yalnız bizi maraqlandırır”.
O, keçmiş həyat yoldaşı ilə qarşılıqlı razılıq əsasında ayrıldığını bildirib.
Qeyd edək ki, İsmayıl Hacıoğlu Duyğu Kumarki ilə dörd illik evliliyinə son verib. O, “Çocuk” serialında tərəfdaşı olan Merve Çağıranla sevgili olduğunu bəyan edib.
View this post on InstagramDigər xəbərlər