Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğluna həbs cəzası verildi
Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində "Gezi Parkı" hadisələri ilə bağlı açılmış məhkəmə prosesində hökm çıxarılıb.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, aktyorlar və onların meneceri Ayşe Barım "Gezi Parkı" istintaqı çərçivəsində yalan ifadə verməkdə ittiham olunublar. Məhkəmə Halit Ergençi 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, məhkəmə hökmün icrasını təxirə salıb. Bu isə o deməkdir ki, müəyyən şərtlər daxilində müttəhimlərlə bağlı qərar dəyişdirilə bilər.
Məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğluna həbs cəzası verildi

"Halit Ergenç" teqi üzrə xəbərlər
- Təkcə Halit Ergenç deyil: Daha hansı türk ulduzların qanunla problemləri olub?
- Türkiyədə məşhur menecerə qarşı təhqiqatda yeni detallar üzə çıxıb
- Halit Ergenç və Rıza Kocaoğlu məhkəməlik oldular: 4 ilə qədər həbsləri istənildi
- Türkiyənin məşhur aktyorları Halit Ergenç və Rıza Kocaoğlu barəsində istintaq aparılır
Ən çox oxunanlar