Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məşhur hind aktyorunun film çəkilişi zamanı halı pisləşdi: İki gün sonra VƏFAT ETDİ
Fevralın 27-də məşhur hind aktyoru Uttam Mohanti vəfat edib.
Oxu.Az "KalingaTV"yə istinadən xəbər verir ki, 66 yaşlı sənətçi qaraciyər sirrozundan Dehlidə xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Mohanti yeni filminin çəkilişləri zamanı özünü pis hiss edib. O, özəl xəstəxanaya yerləşdirilib və daha sonra evə buraxılıb, lakin iki gün sonra yenidən ağır vəziyyətdə xəstəxanaya qayıtmalı olub.
Qeyd edək ki, Mohanti kino karyerasına 1977-ci ildə başlayıb və aktyorun çəkildiyi ilk filmi geniş tamaşaçı kütləsi toplamağı bacarıb. Onun filmoqrafiyasına iki yüzə yaxın layihə daxildir.
Ən çox oxunanlar