Hollivudun tanınmış kino aktrisası Marqaret Uitton 66 yaşında dünyasını dəyişib.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, Marqaret Uitton Palm Biç şəhərində (Florida ştatı), öz evində vəfat edib. Məlumata görə, aktrisa son illər xərçəng xəstəliyi ilə mübarizə aparırmış.
M.Uitton “9 1/2 həftə” (1986) , “Uğurumun sirri” (1987) , “Yüksək liqa” (1989, 1994) kimi populyar filmlərdə, “Mayami polisi” serialında çəkilib.
A.S.
www.oxu.az