Venera agentliyinin manekeni Kamran Cabbarov dünya şöhrətli model Kara Develinin DKNY brendi ilə bərabər keçirdiyi kastinqin yarımfinalına düşüb.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, Kamran həmin kastinqə hazırlaşır:
“Düzünü desəm, mən seçiləcəyimi düşünmürdüm. Sadəcə şəkil paylaşdım, qeydiyyatdan keçdim və gözləməyə başladım. İnanamazsız 2 gün sonra DKNY-dan məktub gəldi!”.
Hal-hazırda Kamran Cabbarov Nyu-Yorka getməyə hazırlaşır. Kara Delevin ilə DKNY kolleksiyasına çəkiləcək qaliblərin adı orada açıqlanacaq.