Məşhur amerikalı müğənni Teylor Svift nişanlanıb.
Oxu.Az bildirir ki, ifaçı bu barədə özü "Instagram" səhifəsində məlumat paylaşıb.
Svift Amerika futbolu komandası olan "Kanzas-Siti Çifs"in oyunçusu Trevis Kelsi ilə nişanlandığını bildirib.
Qeyd edək ki, həm Sviftin, həm də Kelsinin 35 yaşı var. Onlar 2023-cü ildə görüşməyə başlayıblar.