UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.
Qeydə alınmış nəticələri təqdim edirik:
"Kayrat" - "Seltik" - 0:0 (penaltilərdə - 3:2) (ilk oyun - 0:0);
"Pafos" - "Srvena Zvezda" - 1:1 (2:1);
"Şturm Qraz" - "Budyo Qlimt" - 2:1 (0:5).
Qeyd edək ki, Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Qazaxıstan klublarından yalnız "Astana" daha əvvəl Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi (2015/16 mövsümü).
Xatırladaq ki, pley-off mərhələsində mübarizə aparan təmsilçimiz "Qarabağ" cavab matçına avqust ayının 27-də doğma meydanda Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə üç görüş keçiriləcək.
"Kayrat" "Seltik"i, "Pafos" "Srvena Zvezda"nı, "Şturm Qraz" isə "Budyo Qlimt"i qəbul edəcək.
Qeyd edək ki, pley-off mərhələsində mübarizə aparan təmsilçimiz "Qarabağ" cavab matçına avqust ayının 27-də doğma meydanda Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.
26 avqust
UEFA Çempionlar Liqası, pley-off
Saat 20:45, "Kayrat" - "Seltik";
Saat 23:00, "Pafos" - "Srvena Zvezda";
Saat 23:00, "Şturm Qraz" - "Budyo Qlimt".