Azərbaycanın Xalq artisti Miri Yusifin solo karyerasının 10 illiyi münasibətilə gələn ilin baharında, yəni mayın 24-də “Baku Crystal Hall”da solo konserti olacaq.
Bu tədbirin 2020-ci ilin ən genişmiqyaslı konserti olacağı gözlənilir. Şou “SS-production” şirkətinin dəstəyi ilə keçiriləcək.
Şirkət və artistin komandası onun “ruh əkizləri”nin istəyini nəzərə alaraq, çox demokratik qiymət siyasəti müəyyən edib. İticket.az saytında biletlərin qiyməti 8 AZN-dən başlanır, ən bahalı yerlərin qiyməti isə 150 AZN-dir.
Посмотреть эту публикацию в Instagram
Sənətçi bu günlərdə özünün “Instagram” səhifəsində qarşıdakı konsertin rəsmi afişasını və anonsunu paylaşıb. O, son 10 il ərzində müxtəlif məkanlarda 32 solo konsert verib. Onların arasında ikigünlük, üçgünlük şouların da olmasını nəzərə alsaq, daha böyük rəqəm alınır.
Miri Yusif “Instagram” hesabında “24/05/2020 “Baku Crystal Hall”da ən böyük arzum, ən vacib planım, ən gözlədiyim konsertimdə görüşəcəyik!” sözlərini əlavə edib.
Посмотреть эту публикацию в Instagram“Baku Crystal Hall”da konsert verməyin nə demək olduğunu yaxşı bilən Xalq artisti Aygün Kazımova, həmkarını bu işdə dəstəkləyib.
Konsertin proqramı Miri Yusifin son 10 ildəki repertuarında yer tutmuş ən yaxşı mahnılardan ibarət olacaq. Tamaşaçıları sürprizlər gözləyir – parlaq xüsusi effektlər, gözəl dekorasiyalar, valehedici installyasiyalar, işıq və lazer şousu, sevimli hitlər, canlı ifa və əlbəttə ki, artistin qeyri-adi energetikası.
Rəşad Əliyev
"Aygün Kazımova" teqi üzrə xəbərlər
- Milyonluq toyla gündəmə gələn Feyzullayevlər: Gəlinin babası tanınmış prokuror imiş - FOTO
- Aygün Kazımovanın səhhəti pisləşdi
- Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
- "Li Auto"nun rəsmi satış mərkəzinin yeni binası fəaliyyətə başlayıb
- Müşfiq Abbasov Qurban Qurbanovun tənqid edilməsinə münasibət bildirdi: "Boş söhbətdir"
Digər xəbərlər