“Eurovision – 2008” milli seçim turlarının iştirakçısı, “Azəri star - 2004” mahnı müsabiqəsinin üçüncüsü, Azərbaycan Televiziyasının (AzTV) solisti, mərhum Xalq artisti İlhamə Quliyevanın tələbəsi olmuş Aynur İsgəndərli ailə həyatı qurub.
Oxu.Az xəbər verir ki, müğənninin toyu ötən gün Sumqayıt şəhərində baş tutub.
Mərasimə tanınmış simalar - Əməkdar artist, tarzən Vamiq Məmmədəliyev, bəstəkar Vaqif Gərayzadə, müğənni Leyla İdrisova və digərləri qatılıb.