Tanınmış müğənni Xatun Əliyeva yeni mövsümdən etibarən ATV telekanalında yayımlanacaq “Zarafat - zarafat” adlı proqram təqdim edəcək.
Oxu.Az xəbər verir ki, ifaçı bu barədə “Instagram” səhifəsində məlumat yayıb.
Artıq proqramın ilk anonsu yayımlanıb. Videogörüntüdən də göründüyü kimi, Xatun Əliyeva Xalq artisti Aygün Kazımova, Əməkdar artist Mətanət İsgəndərli və müğənni Xumar Qədimovanı təqlid edib.
Aytən Sadıqzadə
www.oxu.az