Müğənni Yeganə Mürsəlova “Zarafat-zarafat” verilişinin qonağı olub.
Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, o, türkiyəli həyat yoldaşı Fatihlə tanışlığından söz açıb.
“Yağışlı bir gün idi, İstanbulu sel-su aparırdı. Həmin gün iş prosesində tanış olduq, elə o gün də dalaşdıq. Dedi ki, mədəniyyətdən uzaq xanımsan. Mən də onun haqqında eyni sözü söylədim. Bir-birimizə nifrət edirdik. Sonra münasibətimiz davam etdi. Tanış olandan 5 ay sonra bildi ki, mən müğənniyəm. Evləndik və xoşbəxt yaşayırıq”.
Qeyd edək ki, cütlüyün Ömər adlı oğlu var.
A.S.
www.oxu.az