Müğənni Nadir Qafarzadə bu gün 43 yaşını qeyd edir. O, musiqi karyerasına 2000-ci ildən başlayıb.
Oxu.Az xəbər verir ki, Nadir Qafarzadə 11 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olub.
Asəf Zeynallı adına Musiqi Kollecini Opera müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirib.
1989-cu ildə Rusiyanın Murmansk vilayətində həqiqi hərbi xidmətə yollanıb. Uşaqlıq illərində Azərbaycan Dövlət Teleradio Şirkətinin “Qırmızı Qərənfil” məktəblilər ansamblında solist kimi fəaliyyət göstərib. Bir çox musiqi müsabiqələrinin və mahnı festivallarının qalibi olub. Bunlardan: “Qızıl Buta”, “Grand” (2 dəfə), “İlin mahnısı”, “İlin müğənnisi” və “İlin klipi” kimi mükafatları göstərmək olar.
2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil edib.
2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Hər şey Qarabağ üçün” devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış edib.
Ailəlidir, 2 oğul övladı var.
Aytən Sadıqzadə
www.oxu.az