Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nail Naiboğlu: "Hərdən Çimnaza deyirdik ki, səni görmək üçün gərək pul verək"
"Xəstəliyi ilə mübarizə aparırmış. Mən də səhv əməliyyat olunması barədə məlumat eşitmişəm".
Oxu.Az xəbər verir ki, bu barədə rejissor Nail Naiboğlu açıqlama verib.
O bildirilib ki, Çimnaz Sultanova sonuncu dəfə avqust ayında bir tədbirdə iştirak etməli imiş:
"Tədbirə gəlməli idi, lakin orada iştirak etməyib. Mən ondan niyə gəlmədiyini soruşanda isə heç bir cavab vermədi. Sən demə, həmin ərəfədə artıq müalicələri gedirmiş. Yəni artıq xərçəng xəstəsi olduğunu bilirmiş".
"Ümumiyyətlə heç kimə xəstəliyi barədə məlumat verməyib. O, sosial mediadan da uzaqlaşmışdı. Sırf özünün "Telegram" kanalı var idi və biz elə bilirdik ki, o kanala görə heç kimlə görüşmək istəmirdi. Biz də hərdən ona deyirdik ki, səni görmək üçün gərək pul verək", - deyə rejissor qeyd edib.
Qeyd edək ki, 45 yaşlı aktrisa Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.
Rəylər