İki ay öncə reper Səid Əliyevlə (Dado) ailə həyatı quran tanınmış estrada müğənnisi Natavan Həbibi ana olmağa hazırlaşır.
Oxu.Az-ın primetime.az-a istinadən məlumatına görə, müğənni hamiləliyinin ilk həftələrini yaşayır. Buna görə də N.Həbibi mediadan kənar gəzməyə başlayıb.
Qeyd edək ki, Natavan Həbibi və Səid Əliyev iyul ayında evlənib. Cütlüyün evliliyi sosial şəbəkədə böyük marağa səbəb olmuşdu.
A.S.
www.oxu.az