Dəbdəbəli yaşamağı sevən, geyimləri ilə diqqət mərkəzində qalmağı bacaran Natavan Həbibi yeni lüks avtomobilinə minərkən görüntülənib.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, onun dəbli geyimi və lüks avtomobili ilə yanaşı, pozduğu qanun pozuntusu da diqqət çəkib.
N.Həbibi artıq avtomobillərdə arxa qapılardakı pərdələrin istifadəsinin qadağan olunduğunu unudub. Ötən il noyabrın 15-də avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə verilmiş icazə başa çatsa da, N.Həbibi buna məhəl qoymur.
Qeyd edək ki, Azərbaycan ərazisində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarına əsasən, iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verilir.