Son aylar “Atəş” mahnısı ilə gündəmdə olan müğənni Nərmin Kərimbəyova daha bir uğura imza atıb.
O, MDB ölkələrinin iştirakı ilə keçirilən “Voice of Turan” yarışmasında birincilik əldə edib.
15 iştirakçının qatıldığı yarışmada ifaçı “Sevə-sevə” adlı mahnını səsləndirib. Pandemiya səbəbilə onlayn keçirilən yarışmada Qazaxıstanın nüfuzlu simaları: bəstəkarlar, musiqi prodüserləri və Xalq artistlərindən ibarət beş nəfərlik heyət olub.
Onların qərarına əsasən, müsabiqədə iştirak edən bütün mahnılar qazax dilinə tərcümə olunub, ölkələrinin milli alətləri ilə yenidən aranjiman etdirilib.
Çıxışlar zamanı müğənnilərin səs imkanları, ifa tərzləri, xarici görünüşləri və performansları dəyərləndirilib. Nərmin Kərimbəyova yarışmada birincilik qazanıb. Sənətçi xüsusi diplom və pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, müğənninin ifa etdiyi mahnının bəstəkarı Erbolat Dosbolatuli, sözləri İlkin Hüseynov, Nərmin Kərimbəyova; orijinal mətnin müəllifi isə Rinat Zayıtovdur.
Onu da bildirək ki, N.Kərimbəyova artıq Qazaxıstan ifaçılarından aldığı yeni əməkdaşlıq təkliflərini nəzərdən keçirir.
Nərmin Kərimbəyova Qazaxıstanda birincilik qazandı - VİDEO
Rəylər