Nicole Trunfio bir geyim markasının siması olub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, avstraliyalı model Harper Smith-in obyektivinə açıq-saçıq pozalar verib.
29 yaşlı Trunfio çəkilişlərdə 1970-ci illərin modasını bu günümüzə gətirib. Trunfio markanın kolleksiyasını 40 il bundan əvvəlin dəbinə uyğun olan alt geyimləri ilə nümayiş etdirib.
Bir müddət əvvəl ana olan Trunfio musiqiçi Gary Clark Jr ilə nişanlıdır.