Amerikalı müğənni Keti Perri və britaniyalı aktyor Orlando Blum ailə qurublar.
Bu iddia ilə “The Page Six” jurnalı çıxış edib.
Nəşrin məlumatında bildirilib ki, ötən il koronavirus pandemiyası səbəbindən toylarını təxirə salan cütlük gizli şəkildə evlənib. Belə ki, fotoqraflar aktrisanın adsız barmağında nişan üzüyünü qeydə alıblar.
Qeyd edək ki, məşhurlar gizli toy iddiaları ilə bağlı heç bir açıqlama verməyiblər.
Xatırladaq ki, ulduz cütlük artıq xeyli müddətdir ki, birlikdə yaşayır. Lakin onların öz münasibətlərini rəsmiləşdirmələrinə dair məlumat yoxdur.
