Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Oskar”da mühüm dəyişiklik
Bu il dünyaca məşhur “Oskar” mükafatlandırma gecəsi ötən ildəki kimi, aparıcısız keçəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Amerika Film Akademiyasının özü rəsmi “Twitter” hesabında yazıb.
Eyni zamanda, heykəllərin təhvil verilməsinin tam bir ay sonra - fevralın 9-da baş tutacağını bildirib.
This year’s #Oscars at a glance:
— The Academy (@TheAcademy) January 8, 2020
✅ Stars
✅ Performances
✅ Surprises
🚫 Host
See you Feb. 9th!
Qeyd edək ki, ötən il baş tutan mötəbər gecədə “Oskar”ın aparıcısı aktyor və komediyaçı Kevin Hart LGBT üzvləri barədə söylədiyi xoşagəlməz ifadələr səbəbindən tədbirdən uzaqlaşdırılmışdı. Aktyor LGBT üzvlərindən üzr istəsə də, sosial media əhli Kevinin qalmaqallı çıxışını bağışlamayıblar.
Rəşad Əliyev
Rəylər