Xəbər verdiyimiz kimi ötən gün İstanbulda “Çırağan” sarayda keçirilən “Bakı-2015” ilk Avropa oyunlarının təqdimat gecəsinə Türkiyənin tanınmış simaları qatılıb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində aktrisa Türkan Şoray, aktyor Necati Şaşmaz (“Kurtlar vadisi”nin Polad Ələmdarı) və həyat yoldaşı Nagehan Qaşıqçı da məşhur sənət adamları arasında yer alıblar.
Məlumat verdiyimiz kimi N.Şaşmaz avtomobil qəzası keçirib. Bu, onun qəzadan sonra media qarşısına ilk çıxışı olub.
Aytən Sadıqzadə