ARB TV-nin qonağı olan Rəqqasə Fatimə efirdə göz yaşlarını saxlaya bilməyib.
Oxu.Az xəbər verir ki, “Gəlin danışaq” verilişində qonaq olan sənətçi atasının rəhmətə getməsini yadına salarkən göz yaşlarını saxlaya bilməyib.
“Ailədə çox çətin durumdaydıq. Atam öləndən sonra ailədə böyük dəyişikliklər oldu. Anam öz ixtisası üzrə işləmirdi, öz biznesi var idi. Atamdan sonra bankrot olduq. Atam 1 ay ərzində öldü. Pis xəstəliyə tutuldu. Atam sağ olsaydı, sənətdə bu qədər irəliləməzdim. Ona çox bağlıydım”.
O, əvvəlki cəsarətli rəqslərinə son qoymasının səbəblərini də açıqlayıb, yaşadığı çətin günlərdən söz açıb: “O Fatimə mən deyildim, bugünkü Fatimə mənəm. Ailədə necə doğulub tərbiyə alırsansa, o cür olursan. Oriental rəqslər barədə səhifəni həyatımdan silmişəm. Övladlarıma görə unutdum. Bizim mentalitetimizə yaraşmayan rəqsdir”.
Həmin görüntüləri təqdim edirik.
İ.N