Müğənni Rəqsanə İsmayılovanın bu gün sosial şəbəkədə çimərlik geyimində fotoşəklini paylaşması istifadəçilər tərəfindən kəskin tənqid olunub.
Oxu.Az xəbər verir ki, ifaçı barəsində yazılanlara biganə qalmayaraq paylaşımı haqqında şərh yazıb.
“Kimin xoşu gəlmirsə, baxmasın. Siz dənizdə yəqin ki, ya şuba, ya da palto geyinirsiz. İstirahət edirəm, mənə belə xoşdur. Kim istəmirsə, baxmasın, dərdimi çəkməsin. Ürəyi zəif olanlar dərman içsin”,- deyə Rəqsanə İsmayılova qeyd edib.
Aytən Sadıqzadə
www.oxu.az