Amerikalı pop müğənni Rihanna Kaliforniya ştatının Beverly Hills şəhərində 13,8 milyon dollara (23,4 milyon manata) ev alıb.
Bu barədə “Daily Mail” xəbər verib.
Bildirilir ki, malikanə Britaniyanın “The Beatles” musiqi qrupunun keçmiş üzvü Pol Makkartninin imarətinin qonşuluğunda yerləşir.
Ulduzun digər qonşuları arasında məşhur ifaçı Meray Keri də var.