Dünya şöhrətli müğənni Riki Martin, sevgilisi – erməni əsilli rəssam Cvan Yoseflə evləndiyi barədə yayılan məlumatları təsdiqləyib.
Oxu.Az xəbər verir ki, o, bir neçə ay sonra toy edəcəklərini bildirib:
“Mən indi ərəm. Bir neçə aydan sonra möhtəşəm toy şənliyi keçirməyi planlaşdırırıq. Bu barədə sizə xəbər edəcəyəm. Biz bir-birimizə sadiq qalmağa and içdik və nikahla bağlı müvafiq sənədləri, o cümlədən nikah müqaviləsini imzaladıq”.
Qeyd edək ki, Riki Martinlə Cvan Yosefin yaxın münasibətlərdə olmaları iki il əvvəl məlum olub. 2016-cı ilin payızında isə cütlük nişanlandıqlarını elan etmişdi. Müğənninin sözlərinə görə, o əvvəl Yosefin sənətinə, sonra isə həmin əsərlərin müəllifinə vurulub.