Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada "Bi-2" qrupunun solistinin mənzilinə hücum oldu, "Pianist"dən mesaj qoyuldu
Moskvada naməlum şəxslər Rusiyanın məşhur "Bi-2" musiqi qrupunun solisti Yeqor Bortnikin (səhnə adı Lyova) mənzilinin qapısını yandırıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Baza" "Telegram" kanalı xəbər verib.
Hücumçular öz hərəkətlərini videoya çəkib, qapalı "Telegram" kanalında paylaşıblar.
Kadrlarda musiqiçinin mənzilinin yanındakı divarda "Pianistdən düşmən və xain Lyovaya salam" yazısı da görünür.
Videonu çəkənlər bunu "23 fevral hədiyyəsi" adlandırıblar. Onlar ifaçını ömür boyu Rusiyada pul qazandığı halda münaqişə başlayandan sonra Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməyə başlamaqda və qrupun biznesini çətin vəziyyətə salmaqda ittiham ediblər.
Qeyd edək ki, fevralın 19-da pranksterlər Vovan və Leksus (əsl adları Vladimir Kuznetsov və Aleksey Stolyarov) Bortniklə bağlı video yayımlayıblar. Görüntülərdə Bortnik Ukrayna Silahlı Qüvvələri üçün 100 min avro xərclədiyini etiraf edib. O, həmçinin qeyd edib ki, əgər daha çox pulu olsaydı, ukraynalılar üçün HIMARS reaktiv mərmiləri alardı.