Rejissor Şahin Zəkizadənin ölümündən 40 gün ötür.
Oxu.Az xəbər verir ki, mərhumun həyat yoldaşı Səbinə Zəkizadə bununla bağlı sosial şəbəkədə paylaşım edib.
“Allah rəhmət eləsin, ömür, can yoldaşım. Yoxluğuna dözmək çox çətindir. Zaman su kimi axıb keçir. Bu həyatın mənim üçün sənsiz heç mənası yoxdur. Seyid Əli və Fatimə üçün həyata davam edəcəyəm. Biz əbədi həyatımızda qovuşacağıq. Bu ayrılığa necə dözüm?”, - deyə o yazıb.

Qan xərçəngindən əziyyət çəkən rejissor müalicə aldığı Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında fevralın 16-da dünyasını dəyişib.
A.S.
www.oxu.az