Oxu.Az tanınmış müğənni Sevda Sanalıyeva ilə müsahibəni təqdim edir:

- Nəyi heç vaxt gizlətmirsiniz?
- Səhvim olanda onu ailəmdən heç vaxt gizlətmirəm.
- Son günlər eşitdiyiniz ən gözəl mahnı?
- Bu yaxınlarda təqdim edəcəyim “Səsli-səsli” adlı yeni mahnım. Musiqisi Pərviz Mahmudovun, sözləri Aygün İsmayılovanındır.
- Kimin və ya nəyin əskikliyini çəkirsiniz?
- Anamın

- Təsəllini nədə tapırsınız?
- Oğlumda.
- Mənfi auralı insanla salamlaşıb hal-əhval tutmaqdan imtina edirsiniz?
- Qaçmağa çalışıram. Oğlum doğulduqdan sonra mənfi auralı insanları özümdən uzaqlaşdırmışam.

- Sizi kim anlamır?
- Əvvəl anlamırdılar. Çətin xasiyyətim var. Amma indi məni hamı anlayır. Yaşadığım problemlərə görə məni başa düşürlər.
- Azərbaycan estradasını dağ təsəvvür etsək, onun zirvəsində və ətəyində kim dayanır?
- Brilyant Dadaşova və Aygün Kazımova zirvədədir.

- Sevmədiyiniz bir şəxslə üzbəüz gələndə nə edirsiniz?
- Mənim məşhur yalandan gülməyim var. O gülüşüm hər şeyi qarşımdakı insana hiss etdirir.
- Həmişə demək istədiyiniz, lakin heç cür deyə bilmədiyiniz sözü (yaxud etirafı) indi deyin...
- Anamın qucağında yatmaq istərdim, amma oğluma görə dözürəm.

- Ən tez həll etdiyiniz problem: ailə-məişət, sənət yoxsa kredit?
- Ailə qurana qədər həm kişi işi, həm qadın işi görmüşəm. Ona görə də ailə-məişət, sənət və kreditlə bağlı işlərimi asanlıqla həll edə bilirəm.
- Hazırda sizə neçə manat borcu olan var?
- 300 manat

- Fırıldağın qurbanı olmusunuz?
- Xeyir, çünki mən bu cür vəziyyətlərə qarşı çox ayıq insanam. Gözüaçıq böyümüşəm. İnanıram ki, bundan sonra da olmaz.
- Azərbaycanın məşhur xanımları arasında ən gözəli kimdir?
- Mən daha çox gözələm.

- Həmkarlarınız arasında sizi qıcıqlandıran üç insanın adını çəkin...
- Məni qıcıqlandıran, hətta zəhləm gedən insanlar da var. Ad çəkə bilmərəm, çünki tez-tez həmin adamlarla toyda üz-üzə gəlirəm. Məni toydan “burmasınlar” (gülür).

Aytən Sadıqzadə
www.oxu.az