Əməkdar artist Sevda Ələkbərzadə bir vaxtlar solisti olduğu “Rast” qrupu ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, müğənni qrup üzvləri ilə yenidən bir araya gəlib.
Ələkbərzadə paylaşımına “Biz ki varıq, cin kimi uşaqlarıq” şərhini əlavə edib.
Fotoda Rəşad Haşımov və S.Ələkbərzadə ilə yanaşı, İlqar Quliyev də yer alıb.
Onlar qrupun skripka ifaçısı Asif Kərimovun qızının toyuna yollandıqlarını qeyd ediblər.
Qeyd edək ki, “Rast” qrupu 1993-cü ildə Əməkdar artist Rəşad Haşımovun rəhbərliyi ilə yaranıb. Sevda isə 2001-ci ildə qrupun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayıb.
Sözügedən paylaşımı təqdim edirik:
Sevdadan “Rast” qrupu ilə bağlı paylaşım: İllər sonra bir araya gəldilər - FOTO/VİDEO
Rəylər