Tanınmış meyxanaçı Aqşin Fateh yeni biznesə başlayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, meyxanaçı öz soyadını daşıyan restoran açıb. Restoranda müştərilərə sulu xörəklər, isti yeməklər, qəlyanaltı, spirtsiz içkilər, desert təklif olunur.
Artıq yeni məkana tanınmış qonaqlar da baş çəkiblər. Müğənnilər Emil Bədəlov, Üzeyir Mehdizadə, Azərbaycan milli futbol komandasının və “Kayserispor” FK-nın qapıçısı Kamran Ağayev və digərləri meyxanaçını təbrik etmək və iftar açmaq üçün bir neçə gün əvvəl sözügedən məkanda olublar.
Aytən Sadıqzadə
www.oxu.az