Məhşur müğənni Teylor Sviftin “Look What You Made Me Do” adlı mahnısının klipi 24 saat ərzində "Youtube"da 28 milyon baxış toplayıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticə ilə Teylor Svift britaniyalı müğənni Adelin rekordunu qırıb. 27 avqustda paylaşılan klipin bu gün artıq 50 milyondan çox baxışı var.
2015-ci ildə Adelin “Hello” adlı mahnısının klipi gün ərzində 27,7 milyon baxış toplamışdı.
E.C.
www.oxu.az