Amerikalı müğənni Teylor Svift (Taylor Swift) ona qarşı seksual xarakterli hərəkətlər edən radio aparıcısını işdən qovdurub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 2-də müğənninin konsertindən sonra yaşanıb.
Belə ki, “KYGO-FM”in aparıcısı David Mueller sevgilisi Shannon ilə birlikdə müğənni ilə şəkil çəkdirmək istəyib. Mueller çəkiliş əsnasında müğənninin ombalarına toxunaraq ona sataşıb. Bundan sonra David Mueller çalışdığı radiodan qovulub.