ABŞ-ın yeni seçilmiş prezidenti Donald Тramp NBC telekanalında yayımlanacaq “The Celebrity Apprentice” realiti-şousunun icraçı prodüseri olacaq.
Oxu.Az bu barədə Qafqazinfo-ya istinadən xəbər verir.
Məlumata görə, proqramın nümayişi təxminən ikiillik fasilədən sonra 2017-ci il yanvarın 2-də bərpa olunacaq. Əvvəllər Тramp özü şounun aparıcısı olub. Verilişin yeni aparıcısı isə Avstriya mənşəli aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger olacaq.
Тrampın maaşı isə proqramın hər buraxılışına görə ən azı 100 min dollar təşkil edəcək.
A.S.
www.oxu.az