Gənc aktrisa Yıldız Asyalı spirtli içkidən istifadə etdiyinə görə 33 gün həbsə məhkum edilib.
Oxu.Az xəbər verir ki, aktrisa 12 noyabr 2014-cü ildə avtomobilində ikən Taksim Mete Caddesində yol polisi əməkdaşları tərəfindən dayandırılıb.
Aparılan spirt müayinəsinin nəticəsində 1.20 promil spirtli olduğu bildirilən Asyalı haqqında içkili halda avtomobil idarə etməsi səbəbindən prokurorluğa bildiriş göndərilib. Asyalı prokurorluğa ifadəsində “Dostları ilə birlikdə bir tədbiri qeyd etdiklərini, içki də içdiyini, lakin özündə olduğuna görə avtomobilini başqa bir dostuna əmanət etmək istəmədiyini” deyib.
İstanbul Respublika Prokurorluğunda icra edilən istintaqın sonunda Yıldız Asyalı haqqında 1.00 promildən artıq içkili olması səbəbi ilə “Spirt və narkotik maddə təsiri altında ikən avtomobildən istifadə” günahından iki ilə qədər həbs cəzası istəyi ilə iddia açılıb.
İstanbul Asliye Cəza Məhkəməsində ötən günlərdə başlanan ilk məhkəməyə Yıldız Asyalı vəkili ilə birgə qatılıb. Yıldız Asyalı hakim qarşısında günahını qəbul edərək peşman olduğunu söyləyib. İlk məhkəmənin qərarından sonra aktrisa 40 gün həbs cəzasına məhkum edilib. Daha sonrakı məhkəmə proseslərində Asyalının cəzası 1/6 nisbətində aşağı endirilərək 33 gün həbs cəzasına qərar verilib.
Aytən Sadıqzadə
www.oxu.az