İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan antinarkotik əməliyyatları çərçivəsində barəsində saxlanılma qərarı verilmiş Türkiyənin məşhur aşpazı və "MasterChef" proqramının münsifi Somer Sivrioğlu bununla bağlı açıqlama verib.
Oxu.Az-ın xəbərinə görə, Somer Sivrioğlu bu barədə özünün "Instagram" hesabında paylaşım edib.
Təxminən üç aydır ki, iş və peşə fəaliyyəti səbəbindən Avstraliyada olan Sivrioğlu istintaq çərçivəsində ifadə vermək üçün çağırıldığını bildirib. O, hüquqi prosesə tam şəkildə hörmət etdiyini və biletini alaraq Türkiyəyə qayıtmaq üçün yola çıxdığını qeyd edib.

Xatırladaq ki, İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində Emir Can İğrek, Hafsanur Sancaktutan, Mert Demir və Ahsen Eroğlu da daxil olmaqla, ümumilikdə 14 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, onlardan 11-i nəzarət altına alınıb.