Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyəli məşhur aktyor, "Yeşilçam" ulduzu "Çitlenbik" vəfat etdi
Türkiyə kino tarixində silinməz izlər buraxan, "Yumurcak" filmindəki "Çitlenbik" obrazı ilə yaddaşlara həkk olunan afrikaəsilli məşhur aktyor İhsan Küçüktepe vəfat edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Film-San Vəqfi" rəsmi sosial media hesabında xəbər verib.
"Aktyor İhsan Küçüktepeyə (Çitlenbik) Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik", - deyə paylaşımda bildirilib.
63 yaşlı aktyorun nədən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, İhsan Küçüktepe "Yeşilçam" tarixində unudulmaz uşaq ulduzlardan biri hesab olunur. 1969-cu ildə çəkilən və böyük populyarlıq qazanan "Yumurcak" filmində canlandırdığı "Çitlenbik" obrazı ilə qısa zamanda bütün ölkənin sevimlisinə çevrilmişdi.
Karyerasını təkcə uşaq aktyor olaraq deyil, gənc yaşlarında da davam etdirən Küçüktepe 1975-ci ildə TRT-də yayımlanan və geniş tamaşaçı auditoriyası qazanan "Aşk-ı Memnu" serialında "Beşir" obrazını canlandırıb. 1977-ci ildə isə "İbo ilə Güllüşah" filmində küçə uşağı rolunda çıxış edib.
Zamanla aktyorluq karyerasına fasilə verən Küçüktepe 2004-cü ildə "Cennet Mahallesi" serialında iki seriyalıq qonaq aktyor kimi geri qayıdıb. 2006-cı ildən isə "Arka Sokaklar" serialında bir mövsüm iştirak edib və 2014-cü ilə qədər layihənin səsyazma komandasında fəaliyyət göstərib.
"Türkiyə" teqi üzrə xəbərlər
- CHP sədri Özgür Özel barəsində araşdırma başladıldı, istintaq aparılır
- Türkiyədə zəlzələ
- Türkiyədə saxlanılan məşhur jurnalist şərti olaraq azadlığa buraxıldı
- Türkiyə Ordusunda FACİƏ: 19 əsgər zəhərləndi, onlardan 5 nəfəri həlak oldu
- Türkiyədə DEM partiyasının nümayəndələri Abdullah Öcalanla görüşdülər