Ötən gün Mercedes-Benz Fashion Week Russia Moda həftəsi çərçivəsində Bella Potemkinanın dəfiləsi baş tutub.
Oxu.Az xəbər verir ki, gecənin əsas qəhrəmanı Vera Brejnevanın 14 yaşlı qızı Sonya Kiperman olub. Moda dünyasında yeni addımlarını atan model dəfilənin ən effektiv geyimini nümayiş etdirib, amma təəssüflər ki, bunu anası görməyib. Belə ki, V.Brejneva hazırda qastrol səfərindədir.
Amma bu, onun iştirak etdiyi ilk dəfilə olmadığı kimi son da deyil. Sonya bu yaxınlarda Nyu-Yorkda Moda həftəsində debüt edib. Sonyanın böyük gələcəyi olacağı ehtimal edilir, Kiperman artıq indidən dəbli brendlər və jurnallar üçün fotolar çəkdirir.