“Eurovision” haqqında xəbərlər yayımlayan məşhur wiwibloggs.com saytının keçirdiyi səsvermə nəticəsində “Eurovision – 2017”-də ən yaddaqalan səhnə çıxışı “Skeletons” adlı mahnı ilə Azərbaycanı təmsil Dihaj (Diana Hacıyeva) seçilib.
Oxu.Az xəbər verir ki, müsabiqənin pərəstişkarları təmsilçimizə səs verərək, onu “Eurovision-2017”-də “Vision Music Award - 2017” mükafatına layiq görüblər.
Digər nəticələr isə belədir:
Dihaj: 1,263 səs (21.26%)
Lucie Jones: 1,216 səs (20.46%)
Robin Bengtsson: 887 səs (14.93%)
SunStroke Project: 768 səs (12.92%)
Salvador Sobral: 738 səs (12.42%)
Artsvik: 717 səs (12.07%)
Jacques Houdek: 353 səs (5.94%)
Aytən Sadıqzadə
www.oxu.az