“Ayə, harayə gedirsən, ayə?” mahnısı ilə bir gecədə məşhurlaşan Vüsal Rzasoyun daha bir qeyri-adi ifası yayılıb.
Oxu.Az Yenicag.az-a istinadən xəbər verir ki, o, bu dəfə “Qaytar qoyunları” adlı mahnını səsləndirib.
Xatırladaq ki, ötən gün sosial mediada “AZTV”-nin “Müasir Azərbaycan Gənci” (MAG) verilişinin efirə getməyən kadrları yayımlanıb. Videogörüntülərdə Vüsal Rzasoy adlı gəncin etnik-rok musiqisi tərzində səsləndirdiyi “Ayə, hareyə gedirsən, ayə?” adlı mahnısı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
S.B.
www.oxu.az