Sentyabrın 1-də ailə quran məşhur jurnalistlər İradə İsak və həyat yoldaşı Yaşar İsakov Əməkdar artist Zöhrə Abdullayevanın evində qonaq olublar.
Oxu.Az xəbər verir ki, teleaparıcı qonaqlıqdan fotoşəkilləri “Instagram” hesabında paylaşıb.
“Gözəl Zöhrə xanım evində bizə qonaqlıq verdi. Qəsdən edirlər, pəhriz saxlamağa imkan verməzlər. Belə gözəl, dadlı yeməklərə yox de görüm? Zöhrə xanım, el arasında buna ayaqaçdı deyirlər. Ayağımız açıldı, gizlənə bilməyəcəksiniz”, - deyə İ.İsak yazıb.
A.S.
www.oxu.az