Oxu.Az ATV kanalında yayımlanan “10lar” verilişinə istinadla xəbər verir ki, Orxan Babazadə bu dəfə Ayaz Qasımovun bostanına daş atıb.
Müğənni qeyd edib ki, mən Ayazın ifa etdiyi “Almalarınla” mahnısını oxumağı özümə yaraşdırmıram.
Ayaz isə cavabında:
“Düz deyir: çünki o mahnı Orxanlıq deyil. Belə musiqiləri yalnız popstarlar, meqastar Tarkan, pop ulduz Kenan Doğulu ifa edə bilər. Orxan isə hələ çox işləməlidir”.
Ayaz Qasımov həmçinin yeniliklərindən də söz açıb:
“Yeni mahnılar üzərində çalışıram. May ayında tamaşaçılara təqdim edəcəyəm. Həmçinin ayaz.az saytının mobil versiyası hazırlanır”.
Aytən Sadıqzadə
www.oxu.az