Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlqarədən yeni ifa –VİDEO
Superstar Aygün Kazımovanın qızı İlqarə Kazımova yeni mahnı yazdırıb.
Oxu.Az xəbər verir ki, bu haqda “Onlar” verilişinə müsahibə verən gənc müğənninin dediyinə görə, anası həmişə onu ifalarına görə tənqid edir:
“Yeni mahnı “Bir az sevgi” adlanır. Sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsusdur. Çox istəyirəm tamaşaçılar mənim mahnılarıma qulaq asanda, orada öz hekayələrini tapsınlar. Ağlaşmadan çıxmaq lazımdır. Mahnılarımızın əcnəbi mahnılarına və ifalarına bənzəməsini istəyərdim.
O bildirib ki, anası həmişə onu tənqid yağışına tutur:
“Amma bu ifamı bəyəndi. Miri Yusif də qulaq asmışdı. O da bəyənmişdi. Daha sonra xalq artisti Faiq Ağayev mənə çox dəstək olub”.
Şou-biznesin qalmaqallarından uzaq olacağını bildirən İlqarə:
“Qalmaqallardan uzaq olmağa çalışıram. Kim mənə nə söz desə, sözü havada qalacaq. Nə mən, nə də anam heç bir sözə cavab verməyəcəyik” söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər