Avq
2018
21:20
103
91
9928
Virtual karabakh

Castin Biber və nişanlısı göz yaşları içində - FOTO

9 Avq, 2018
21:20
9928

Castin Biber və nişanlısı göz yaşları içində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Evlənməyə hazırlaşan dünya şöhrətli ifaçı Castin Biber və sevgilisi Heyli Bolduin Nyu-Yorkda göz yaşları içində görüntülənib.

Oxu.Az xəbər verir ki, Manhettendə kafedə görüntülənən cütlük ağlayarkən paparazzilərin obyektivinə tuş gəlib.

Əvvəlcə Heyli göz yaşlarına boğulub, daha sonra sevgilisinin üzünü ovuclarına alan Castin onu sakitləşdirməyə başlayıb. Bir müddət söhbət etdikdən sonra Castin də ağlamağa başlayıb. O, gözyaşlarını tişörtü ilə silib. Daha sonra jurnalistləri görən nişanlılar məkandan uzaqlaşıb.

Qeyd edək ki, Heyli və Castin cütlüyü ötən ay Bahamada qəfil nişanlanıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri