Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Mehriban Xanlarova “Ən yaxşı qadın aktrisa” seçildi - FOTO
Akademik Milli Dram Teatrının kollektivi Bişkekdə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalında iştirak edib.
Oxu.Az xəbər verir ki, Azərbaycandan başqa festivala Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan teatrlarının kollektivləri də qatılıb.
Festivalda Əməkdar artist Mehriban Xanlarova Çingiz Aytmatovun “Manqurt” tamaşasındakı “Nayman Ana” roluna görə “İkinci planda ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının festivalda iştirakı Mədəniyyət Nazirliyinin və ölkəmizin Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər