13 
May
2020
10:51
32
242
10503
Virtual karabakh

Madonna yarıçılpaq şəkillərlə fit bədənini nümayiş etdirdi - FOTO

13 May, 2020
10:51
10503

Madonna yarıçılpaq şəkillərlə fit bədənini nümayiş etdirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

61 yaşlı Madonna sosial media hesabında paylaşdığı açıq-saçıq fotoları ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, qara, güpürlə bəzədilmiş alt geyimində selfi çəkdirən sənətçi dizindən keçirdiyi əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

“Nəhayət, dizimdən keçirdiyim əməliyyatdan sonra müalicə alacağam. Səkkiz aylıq ağrılardan sonra hoppanıb-düşmək istəyirəm. Mənə uğurlar arzu edin!”, - deyə Madonna yazıb.

Hamamda çəkilən yeni şəkillərdən birində müğənni ombalarını nümayiş etdirib. Madonna bununla qluteoplastika etdirdiyi şayiələrinin doğruluğuna işarə vurub.

Pop ulduz dizindən keçirdiyi əməliyyat səbəbi ilə “Madame X” turu çərçivəsində bir neçə konsertini ləğv etmək məcburiyyətində qalıb. Bu ərəfələrdə isə ulduz, ümumiyyətlə, sağlamlığında ciddi problemlərlə üzləşib. Belə ki, sənətçi konsert turu çərçivəsində koronavirusa yoluxub. Müğənninin özünü yaxşı hiss etdiyi bildirilib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri