2015-ci ildən bəri Türkiyənin ATV kanalında yayımlanan məşhur “Eşkiya dünyaya hökümdar olmaz” serialı artıq başa çatıb.
İzləyicilərinin qısaca olaraq EDHO adlandırdığı ekran əsəri uzun zaman idi ki, ən reytinqli proqramlardan biri kimi daim diqqət mərkəzində idi.
Bu xəbəri ekran əsərində baş rolu canlandıran Oktay Kaynarca “Instagram” hesabından paylaşıb.
O, serialın yaradıcı heytinə və pərəstişkarlarına təşəkkür edərək onlarla vidalaşıb.
Qeyd edək ki, Türkiyə televiziyası tarixinin ən uğurlu layihələrindən biri olan “Eşkiya dünyaya hökümdar olmaz” serialının ötən altı mövsüm ərzində 199 seriyası yayımlanıb.
Son həftələrdə ATV-də serialın yeni mövsümünün anonsları getsə də, kanal rəhbərliyi ilə serialın çəkiliş qrupu arasında anlaşmazlıqların yaşandığı bildirilib.
Посмотреть эту публикацию в Instagram
"Türkiyə" teqi üzrə xəbərlər
- İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır: Rəsmi - Foto
- Türkiyəli məşhur müğənni İlyas Yalçıntaş həbsdən azad edildi
- Ərdoğan Gürcüstan üzərindən uçarkən də həmkarına mesaj göndərdi
- Türkiyədə sərnişin avtobusu aşıb: 45 nəfər yaralanıb - Foto/Video
- Kozinoğlu işində autopsiya nəticəsi üzə çıxdı: Son dərəcə ölümcül maddə tapıldı
Digər xəbərlər