İyl
2022
23:52
80
482
3018
Virtual karabakh

Xalq artisti Miri Yusifin konserti keçirilib – FOTO/VİDEO

1 İyl, 2022
23:52
3018

Xalq artisti Miri Yusifin konserti keçirilib – FOTO/VİDEO

Bu gün Bakıda Xalq artisti Miri Yusifin pandemiyadan öncə planladığı üç günlük konsert proqramının açılışı baş tutub.

Oxu.Az xəbər verir ki, ifaçı Yaşıl Teatrda sevənlərinin qarşısında çıxış edib.

“Hərdən” mahnısı ilə açılış edən Miri Yusif “Bu mənim pandemiyadan sonrakı ilk konsertimdir. Əlimi ürəyimə qoyub demək istəyirəm ki, mən sizin üçün çox darıxmışam. Bugünki görüşümüzün səbəbkarı sizlərsiniz, əziz ruh əkizlərim”, - deyə əlavə edib.

Xalq artisti tanınmış mahnıları ilə bərabər yeni hitlərini də təqdim edib. 

Konsertdə bir çox tanınmış simalar da iştirak edib.

“Pandemiya dövründə bir çox məşhur müğənnilər depressiyadan əziyyət çəkdilər. Ancaq Miri Yusif onlardan fərqli olaraq depressiyaya düşmədi, yeni mahnılar, yeni layihələri ilə hər zaman seçildi. Bu gün də onun ifalarını dinləyəcəyim üçün çox sevinirəm”.

Bu sözləri konsertdə iştirak edən aparıcı Hacı Nuran Oxu.Az-a açıqlaması zamanı  deyib.
Qeyd edək ki, konsert 3 iyul tarixinə qədər davam edəcək.

Tədbirdən görüntüləri təqdim edirik:

Dilşad Bəhruzqızı

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri