ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, müvəqqəti İşlər Vəkili Emi Karlon, Dövlət Departamentinin baş müşaviri Rebeka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) ölkə direktoru Sara Leminq işgüzar nahara dəvət ediliblər.
"ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının potensialını reallaşdırmaq üçün əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, sözügedən xartiya 10 fevral 2026-cı ildə, ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində imzalanıb.
A big thanks to @AmChamAz for hosting Charge Affairs Amy Carlon at their monthly members’ luncheon, along with State Department Senior Advisor Rebecca Neff and USTDA Country Director Sara Leming. CDA Carlon had productive discussions with our Azerbaijani and American colleagues… pic.twitter.com/QaiYlEaPgN
— U.S. Embassy Baku (@USEmbassyBaku) April 19, 2026