ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu uzun illər siyasi müttəfiq kimi təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, "İbrahim razılaşmaları"nı dəstəkləyib və dəfələrlə Netanyahu ilə şəxsi münasibətlərini xüsusi vurğulayıb.
Ancaq görünür ki, bu münasibətlər artıq əvvəlki kimi deyil. Yeni nəşr olunan kitabda yer alan iddialara görə, Tramp Netanyahu ilə telefon danışığında son dərəcə sərt ifadələr işlədib.
Hətta ona "hamı səndən bezib" dediyi iddia olunur. Bu açıqlamaların fonunda diqqət çəkən əsas məqam İran məsələsidir.
Çünki Tramp administrasiyası aylardır İranla gərginliyi azaltmağa və yeni qarşıdurmanın qarşısını almağa çalışır. Vaşinqtonun Tehranla əldə etdiyi aralıq razılaşma da məhz bu məqsədə xidmət edir. Halbuki Netanyahu illərdir İranın yalnız hərbi və siyasi təzyiq yolu ilə dayandırıla biləcəyini müdafiə edir.