Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək
Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxımdan rayon 3 zonaya bölünüb.
Bundan başqa, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslərin inşa etdiyi müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrinin texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə bölünməsi ilə bağlı müddəa əsasnamədə çıxarılıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib
- Baş nazirdən xüsusi hərbi ixtisaslar üzrə təhsil müəssisələri ilə bağlı QƏRAR
- Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq
- Müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
- Elmi dərəcəsi olanların maaşlarına əlavələr ödəniləcək - QƏRAR